Cəmilə Cavadova-Spitsberq musiqi ifaçılığı sənəti doktoru dünyanın bir çox ölkələrində tanınmış ifaçıdır. O, Azərbaycanda Musiqi ifaçılığı sənəti doktoru adını qazanmış ilk orqanistdir. Gözəl zövqə malik olan sənətçinin ifası özünün ekspressivliyi, ahəngi, çılğınlığı və eyni zamanda intellektual və stilistik üsluba dəqiq riayət etməsi ilə fərqlənir. SİA-nın məlumatına görə, Dr. Javadova-Spitsberqin keçmiş SSRİ məkanında, Avropada, o cümlədən Hollandiya, Almaniya, İngiltərə və Amerika Birləşmiş Ştatlarında konsert proqramları ilə çıxış edib. İfaçı orqan musiqisi üçün önəmli olan alətlərdə də dəfələrlə çalıb. Onlardan tarixi incilər sayılan Arp Şnitger, Kristian Müller, Kavaille-Kol və digər orqan inşaatı ustalarının yaratdığı alətləri qeyd etmək olar. Hazırda Dr.Cavadova-Spitzberq Amerikanın Texas ştatının Dallas şəhərində yaşayır və bu şəhərin Dovlət Universitetində professor-mühazirəçi kimi çalışır. Eyni zamanda o, solo və ansambl ifaçısı kimi də fəaliyyət göstərir. İfaçının repertuarına Qərb bəstəkarları İ.S.Bax, F.Mendelsson, R.Şumann, S.Frank, J.Alain ilə yanaşı Azərbaycan bəstəkarlarının da əsərləri daxildir. Dr. Cavadova- Spitzberq öz tələbələrini Azərbaycan bəstəkərlarının piano və orqan əsərlərini ifa etməyə həvəsləndirir. Tofiq Quliyevin, Qara Qarayevin, Nazim Əliverdibəyovun əsərlərindən ibarət tələbə konsert gecələrini təşkil edir. 2010-2012-ci illər arasında Dr. Cavadova-Spitzberq Dallas şəhəri orqanistlər ittifaqının sədri vəzifəsində çalışıb. Dr. Cavadova-Spitzberq bir çox tarixi incəsənət üslubları ilə maraqlansa da onun qəlbi 17-ci əsr Barokko musiqisinə daha çox bağlıdır. Bu baxımdan sənətçi öz doktorluq dissertasiyasını Holland bəstəkarı Antoni fon Nord-a və bu bəstəkarın 1659 - cu ildə dərc etdiyi "Psalm və Fantaziya" əsərinə həsr edib. Hazırda Dr. Cavadova-Spitzberq dissertsiyanın bir fəslinin dərc edilməsi üzərində çalışır. Dünyanın bir çox nəşrlərində Dr. Cavadova-Spitzberqin məqalələri dərc olunub. Bunlardan onun 2007-ci ildə Amerika Orqan ifaçılarının professional jurnalında dərc edilmiş 20-ci əsr Fransız bəstəkarı Naci Hakimin "Qreqoriana" əsərinə həsr olunmuş məqaləsini xüsusi qeyd etmək lazımdır.
Cəmilə Cavadova-Spitsberq bir neçə müddərdir ki, Azərbaycandan kənarda yaşasa da ürəyi hər zaman Azərbaycan xalqı və milli musiqimizlə döyünür. O, tez-tez vətənə gəlir. Bu dəfə isə Bakıda konsert verməyə hazırlaşır.
Qeyd edək ki, iyun ayının 24-də, saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında Cəmilə Cavadova-Spitsberqin konserti gerçəkləşəcək. Bu performansda Cəmilə xanım tamaşaçıların qarşısına dəyərli həmkarları Rasimə Babayeva, Şirzad Fətəliyev, Emil Əfrasiyab, Malik Mansurov və Oya Ergünlə bərabər çıxacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB