Azərbaycan TXİ-nin XIII konfransı işə başlayıb

Azərbaycan TXİ-nin XIII konfransı işə başlayıb

Bu gün Bakıda Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) XIII konfransı işə başlayıb. SİA-nın məlumatına görə, tədbirdə dövlət və hökumət nümayəndələri, xaric ölkələrdən gəlmiş qonaqlar, tanınmış elm və mədəniyyət xadimləri iştirak edirlər.

Tədbirdə son illər dünyasını dəyişmiş ittifaq üzvlərinin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransın mandat komissiyasının üzvləri təsdiqləndikdən sonra, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov konfransın sədri seçilib.

Konfransın gündəliyi təsdiq edilmiş, reqlament müəyyənləşdirilib.

Tədbirdə ATXİ-nin sədri, xalq artisti Azərpaşa Nemətov hesabat məruzəsi ilə çıxış edərək son illər rəhbərlik etdiyi qurum tərəfindən görülmüş işlərdən söz açmış, həyata keçirilmiş layihələrdən danışıb.

Qeyd edək ki, daha sonra ATXİ-nin təftiş komissiyasının hesabatı dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə