Alman pianoçu Davide Martello mayın 13-də Türkiyənin Manisa vilayətinin Soma rayonunda kömür mədənlərinin birində baş vermiş faciədə zərər çəkən ailələrə yardım məqsədi ilə Əskişəhərdə konsert vermişdir.
İyunun 16-da İzmirdə qəmli ifaları ilə tamaşaçılar qarşısına çıxan D.Martello İstanbuldan sonra Əskişəhərə üz tutmuşdur.
Pianoçu "Piano for Soma" ("Soma üçün fortepiano") adı altında sonuncu konsertini iyunun 22-də Somada vermək niyyətindədir.
Xatırladaq ki Azərbaycan Respublikasının qardaş ölkədəki diplomatik nümayəndəlikləri 28 May - Respublika Günü münasibətilə nəzərdə tutulan rəsmi qəbulları Soma faciəsi ilə əlaqədar ləğv etmiş, bu mərasimlər üçün ayrılmış vəsait faciə qurbanlarının ailələrinə yönəldilmişdir.
Sabir Şahtaxtı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB