Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə xalq yazıçısı İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın premyerası olub. SİA-nın məlumatına görə, tamaşada əsas rolları xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, əməkdar artistlər Naibə Allahverdiyeva, Lətifə Əliyeva, Qəmər Məmmədova, aktyorlar Günel Məmmədova, Elnur Kərimov və başqaları ifa ediblər.
Görkəmli dramaturqun anadan olmasının 100 illiyi münasibətilə hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədov, bəstəkarı Cəmalə Nəsirovadır.
İki zəhmətkeş və namuslu gəncin saf və təmənnasız məhəbbətindən, qarşılaşdıqları çətinliklərdən bəhs edən ikihissəli məhəbbət dastanı gəncləri qarşılıqlı, saf məhəbbətə, halal əməyə və cəmiyyətdə baş verən mənfi hallara qarşı mübarizə aparmağa səsləyir.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB