Nizami Kino Mərkəzində iki yeni filmin nümayişi başlanıb FOTOLAR

Nizami Kino Mərkəzində iki yeni filmin nümayişi başlanıb FOTOLAR

Nizami Kino Mərkəzində Türkiyənin "Qızım üçün" və ABŞ –ın "Qarışdırılmışlar" filmlərinin nümaişi başlanıb. SİA-nın məlumatına görə, rejissor Hakan Haksunun dram janrında çəkdiyi "Qızım üçün" filmi vaxtı ilə sevib evləndiyi qadını uşaq ilə buraxıb getmiş Tuncerin həyat hekayəsindən bəhs edir. İllər sonra qızı Tuba ilə üz-üzə gələn baş qəhrəman, onun 18 yaşını qeyd etmək üçün İstanbul boğazındakı dəbdəbəli malikanəsində gətirir. Tubanı burada sürprizlərlə dolu hadisələr gözləyir.

Filmdə baş qəhrəman obrazlarını Yetkin Dikinciler və Eda Ece canlandırıblar. Rollarda İnci Turkay, Berke Üzrek, Yakup Yavru çəkiliblər.

Həmçinin, ABŞ istehsalı olan "Qarışdırılmışlar" filminin nümayişi başlanıb. Rejissor Frenk Koraçinin bu filmi komediya janrındadır. Rollarda Adam Sendler, Dryu Berrimor, Bella Torn, Terri Kryus, Vendi MakLendon-Kovi çəkiliblər. Filmin yaş məhdudiyyəti: 12+

Hərdən gozlənilməz görüş insana ikinci yarısını tapmaq üçün şans verir və sonrakı görüşlər toyla bitən əsl eşq romanına çevrilir. Amma filmin qəhrəmanları ilə bu baş vermir. Kafedə keçirdikləri ilk görüşdən məmnun qalmayan Cimm ilə Loren bir də üz-üzə gəlməyəcəklərinə ümid edirlər. Amma taleh başqa qərar çıxarır. Belə ki, Cimm öz qızları, Loren isə oğulları ilə birgə Afrikaya dincəlməyə yollanırlar. Burada onlar yenidən rastlaşır və içlərində bir birinə qarşı duyğu hissləri oyanmağa başlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə