Bu günün tarixi

Miladi: 20 iyun 2014

Hicri: 22 Şəban 1435

İlin 171-ci günü

İlin sonuna 196 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 04:31

Günəş - 06:10

Zöhr - 13:42

Əsr - 18:26

Məğrib – 21:31

İşa – 23:19

1481-ci ildə II Bəyazid ilə Cem Sultan arasında Yenişehir müharibəsi olub

1837-ci ildə Viktoria Britaniyada taxtda oturub

1877-ci ildə Aleksander Qraham Bel Hamilton Ontarioda dünyanın ilk ticari telefon servisini başladıb.

1921-ci ildə bəstəkar Cahangir Cahangirov dünyaya gəlib.

1933-cü ildə qadın inqlabçı, qadın hüquqlarının müdafiəçisi Klara Setkin vəfat edib.

1949-cu ildə amerikalı müğənni Layonel Liçi anadan olub.

1967-ci ildə məşhur Hollivud ulduzu Nikol Kidman dünyaya gəlib

1971 - AzərbaycanKPMK-nın 1-ci katibiHeydər Əliyevin təşəbbüsü ilə respublikamızda ilk hərbi tədris müəssisəsinin - Cəmşid Naxçıvanski adına hərbi məktəbin təşkil olunması barədə qərar qəbul olunub. 1973-cü ildə fəaliyyətə başlayan hərbi məktəb Azərbaycanda milli zabit kadrların hazırlanmasında müstəsna rol oynamışdır. Vaxtilə bu məktəbin müdavimləri olmuş şəxslər indi

Azərbaycan Silahlı Qüvvələrinin yüksək rütbəli zabit heyətinin əsasını təşkil edirlər.

1991-ci ildə Almaniya Məclisi (Bundestaq), paytaxtın Bondan Berlinə dəyişməsinə qərar verib

1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərova şəhid olub

1992 - Azərbayjanla Estoniya (ölkəmizin müstəqilliyini 1992-ci il fevralın 20-də tanıyıb) arasında diplomatik münasibətlər qurulub.

1995-ci ildə Azərbaycan Respublikası Mozambiklə diplomatik əlaqələr qurub.

1997 - ABŞ-ın Denver şəhərində keçirilən "Böyük 8-lik" sammitində ABŞ, Rusiya və Fransa prezidentləri Bill Klinton, Boris Yeltsin və Cak Şirak Qarabağ münaqişəsinin nizamlanması barədə birgə bəyanat veriblər. Hər üç ölkə ATƏT-inMinsk qrupunun həmsədləri olaraq vasitəçilik səylərinı fəallaşdırmaq niyyətini ifadə ediblər. Bu arada vasitəçilər "paket həll" planını tərəflərə təqdim etmişdilər, "Denver bəyanatı"ndan sonra "mərhələli həll" layihəsi hazırlandı. Lakin Ermənistan hər iki layihədən imtina etdi.

2000-ci ildə BMT ümumdünya qaçqınlar gününü təsis edib.

2001-ci ildə Pərviz Müşərrəf Pakistanın prezidenti oldu.

2006-cı ildən etibarən Azərbaycanm prezidentinin sərəncamı ilə bu gün qaz təsərrüfatı işçilərinin peşə bayramıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə