Nazim Səmədov Maksim Rıjenkovu qəbul edib

Nazim Səmədov Maksim Rıjenkovu qəbul edib

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Belarus Respublikası Prezidentinin bədən tərbiyəsi, idman və turizmin inkişafı üzrə köməkçisi Maksim Rıjenkov arasında görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, N.Səmədov ilk növbədə, M.Rıjenkovu salamlamış və ikitərəfli əməkdaşlığın müxtəlif vacib sahələri əhatə etdiyini bildirib.

Daha sonra Azərbaycan ilə Belarus arasında ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, turizmin inkişafı istiqamətində təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanıb.

M.Rıjenkov Belarusda turizmin idman sahəsi ilə sıx bağlılığını bildirdi və Azərbaycanın turizmin inkişafı sahəsində təcrübəsinin Belarus tərəfindən öyrənilməsinin vacibliyini qeyd edib.

Sonda M.Rıjenkov N.Səmədova görüşün yüksək səviyyədə və səmimi şəraitdə təşkil edilməsinə görə öz təşəkkürünü bildirmiş və iki ölkə arasında turizm sahəsində əməkdaşlığın gələcəkdə də genişləndiriləcəyinə əmin olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə