Bu günün tarixi

Miladi: 19 iyun 2014

Hicri: 20 Şəban 1435

İlin 170-ci günü

İlin sonuna 195 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 04:31

Günəş - 06:10

Zöhr - 13:42

Əsr - 18:26

Məğrib – 21:30

İşa – 23:18

1097. Səlcuq türkləri İznik şəhərini (Türkiyə) tutub.

1623. Fransız fizik Blez Paskal anadan olub.

1747 - Türk soylu İran şahı Nadir şah Əfşar (1688-1747) sui-qəsd nəticəsində öldürülüb. Nadir sonuncu Səfəvi hökmdarı III şah Abbasın ordu komandanı olub, 1736-cı ildə onun ölümündən sonra Suqovuşanda (Sabirabad rayonu) Azərbaycan bəylərinin qurultayını çağıraraq özünü şah elan edib. Nadir şah Səfəvilərdən sonra güclü Azərbaycan dövləti qurmaq istəyirdi. Lakin onun Azərbaycanı İran taxtı ətrafında birləşdirmək niyyəti yerlərdə etiraz doğururdu. Orta Asiyanın bir hissəsini, Hindistanın şimalını ələ keçirərək qurduğu böyük imperatorluq ölümündən sonra dağıldı.

1862. ABŞ-da quldarlıq birdəfəlik ləğv edilib.

1920 - Xalq Cümhuriyyətinin qurucularından Fətəli xan Xoyski Tiflisdə erməni terrorçuları Aram Erkayan və Misak Qriqoryan tərəfindən qətlə yetirilib. Terror aktı nəticəsində Xəlil bəy Xasməmmədov (Cümhuriyyətin ədliyyə və daxili işlər naziri) ağır yaralanıb.

1934. Azərbaycan SSR Xalq Komissarları Soveti 15 cildlik Azərbaycan Ensiklopediyasının nəşri haqqında qərar qəbul edib. Qərar həyata keçirilməyib.

1937 Burjua millətçiliyində ittiham edilən Salman Mümtaz ev dustağı edilib.

1941. Almaniya və Türkiyə arasında dostluq və hücum etməmək haqqında müqavilə imzalanıb.

1961. Küveyt müstəqillik əldə edib.

1992. Azərbaycan Respublikası Avstraliya ilə diplomatik əlaqələr qurub.

1997 - Prezident Heydər Əliyevin Özbəkistana rəsmi səfəri zamanı Azərbaycanın Orta Asiyadakı ilk səfirliyi Daşkənddə açılıb.

2006 - Bakıda İslam Konfransı Təşkilatı xarici işlər nazirləri Şurasının 32-ci sessiyası keçirilib. Azərbaycan ilk dəfə İKT-nin illik toplantısına evsahibliyi edib.

2007 - Bakıda Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM ölkələri dövlət başçılarının sammiti keçirilib. 2008 - Milli Məclisdə Xalq Cümhuriyyəti parlamentinin 90 il-

liyinə həsr olunmuş təntənəli yığıncaq keçirilib. Yığıncaqda 30-dək ölkədən nümayəndə heyətləri, o cümlədən 9 ölkənin parlament sədri iştirak edib.

2009 "Təhsil haqqında Qanun" qəbul edilib

2009 Heydər Əliyev Fondu Strasburq kafedralının təmiri üçün 40 000 avro vəsait ayırıb

2009 İran Azərbaycan sərhədində qaçaqmalçılarla atışma zamanı 1 əsgər və bir neçə mülki şəxs həlak olub. Həlak olan əsgər Eltun İsgəndərova "Azərbaycan Milli qəhrəmanı" adı verilib.

2010 – Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov Tərtərin Çaylı istiqamətində gedən qeyri-bərabər döyüşdə 5 düşməni məhv edərək şəhid olub.

Bütün xəbərlər Facebook səhifəmizdə