Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gürcüstanın mədəniyyət naziri Quram Odişariya ilə görüş keçirib. SİA-nın məlumatına görə, Ə.Qarayev ilk növbədə, Gürcüstanlı naziri salamlamış və ikitərəfli əməkdaşlığın müxtəlif vacib sahələri əhatə etdiyini bildirib.
Daha sonra Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, ikitərəfli mədəni təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanıb.
Görüşün sonunda Q.Odişariya Ə.Qarayevə Azərbaycana səfərinin yüksək səviyyədə təşkil edilməsinə görə öz təşəkkürünü bildirib və iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə də genişləndiriləcəyinə əmin olduğunu söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB