“Milli Qəhrəmanlar” sənədli filmlər həftəsinə həsr olunan mətbuat konfransı keçirilib FOTOLAR

“Milli Qəhrəmanlar” sənədli filmlər həftəsinə həsr olunan mətbuat konfransı keçirilib FOTOLAR

Bu gün Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi 19 - 26 iyun tarixdə "Milli Qəhrəmanlar" sənədli filmlər həftəsinə həsr olunan mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda mədəniyyət və turizm nazirliyinin kino şöbəsinin nümayəndəsi Almaz Sultanzadə, filmin rejissorları Zamin Məmmədov, Yalçın Verdiyev, Kəmalə Mustafazadə, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbirdə mədəniyyət və turizm nazirliyinin kino şöbəsinin nümayəndəsi Almaz Sultanzadə çıxış edərək nümayiş olunacaq filmlərin "Salnamə" və "Yaddaş" sənədli filmlər studiyalarında dövlət sifarişi ilə çəkildiyini diqqətə çatdırıb: "Azərbaycanın 211 Milli Qəhrəmanı var. Bu günə qədər 24 film çəkilib. "26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü"nə həsr olunan kino-baxışlar Rayon Mədəniyyət və Turizm Şöbələri və Bakı Şəhər Kino Xidməti İdarəsi tərəfindən həyata keçiriləcək. 11 filmin təqdimatı Bakı və Sumqayıt şəhərlərində, Ağdam, Oğuz, Göyçay, Quba, Biləsuvar, Xaçmaz rayonlarında təşkil olunacaq".

Daha sonra filmin rejissorları da çəkdikləri filmlər və təəssüratları haqda məlumat veriblər.

"Milli Qəhrəmanlar" sənədli filmlər həftəsinin cədvəli

19.06.2014-cü il tarixində, Bakı şəhərində Milli Qəhrəman Afqan Hüseynova həsr olunmuş "Qəhrəman" adlı filmin təqdimatı,

20.06.2014-cü il tarixində, Oğuz rayonunda Milli Qəhrəman Koroğlu Rəhimova həsr olunmuş "Vətənim mənim" adlı filmin təqdimatı,

20.06.2014-cü il tarixində, Göyçay rayonunda Milli Qəhrəman Kovalyov Yuriyə həsr olunmuş "Azərbaycanlı Yura" adlı filmin təqdimatı,

20.06.2014-cü il tarixində, Xaçmaz rayonunda Milli Qəhrəman Yaşar Şahbazova həsr olunmuş "Bitməyən ömür" adlı filmin təqdimatı,

20.06.2014-cü il tarixində, Bakı şəhərində Milli Qəhrəman Gültəkin Əsgərovaya həsr olunmuş "Gültəkin" adlı filmin təqdimatı ,

22.06.2014-cü il tarixində, Ağdam rayonunda Milli Qəhrəman Asif Məhərrəmova həsr olunmuş "Haqqa söykənmiş həyat" adlı filmin təqdimatı,

23.062014-cü il tarixində, Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş "Mübarizlik Zirvəsi" adlı filmin təqdimatı,

25.06.2014-cü il tarixində, Quba rayonunda Milli Qəhrəman Albert Aqarunova həsr olunmuş "Dostuma məktub" adlı filmin təqdimatı ,

25.06.2014-cü il tarixində, Bakı şəhərində Milli Qəhrəman Rasim İbrahimova həsr olunmuş "Adadan başlayan yol" adlı filmin təqdimatı

25.06.2014-cü il tarixində, Sumqayıt şəhərində Milli Qəhrəman Mətləb Quliyevə həsr olumuş "Həsrətlə cənnətə qovuşanlar" adlı filmin təqdimatı,

26.06.2014-cü il tarixində, Bakı şəhərində Milli Qəhrəman Məzahir Rüstəmova həsr olunmuş "Xatirələrdə yaşayan ömür" adlı filmin təqdimatı.

Bütün xəbərlər Facebook səhifəmizdə