Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi 19 - 26 iyun 2014-cü il tarixdə "Milli Qəhrəmanlar" sənədli filmlər həftəsini keçirir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "Salnamə" və "Yaddaş" sənədli filmlər studiyalarında dövlət sifarişi ilə çəkilmiş 11 filmin təqdimatı Bakı və Sumqayıt şəhərlərində, Ağdam, Oğuz, Göyçay, Quba, Biləsuvar, Xaçmaz rayonlarında təşkil olunacaq. "26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü"nə həsr olunan kino-baxışlar Rayon Mədəniyyət və Turizm Şöbələri və Bakı Şəhər Kino Xidməti İdarəsi tərəfindən həyata keçiriləcək. "Milli qəhrəmanlar" sənədli filmlər həftəsinə həsr olunan mətbuat konfransı 18 iyun, saat 12:00-da, Nizami Kino Mərkəzində keçiriləcək. Mətbuat konfransında sənədli filmlərin müəllifləri, rejissorlar iştirak edəcəklər.
"Milli Qəhrəmanlar" sənədli filmlər həftəsinin cədvəli
19.06.2014-cü il tarixində, Bakı şəhərində Milli Qəhrəman Afqan Hüseynova həsr olunmuş "Qəhrəman" adlı filmin təqdimatı,
20.06.2014-cü il tarixində, Oğuz rayonunda Milli Qəhrəman Koroğlu Rəhimova həsr olunmuş "Vətənim mənim" adlı filmin təqdimatı,
20.06.2014-cü il tarixində, Göyçay rayonunda Milli Qəhrəman Kovalyov Yuriyə həsr olunmuş "Azərbaycanlı Yura" adlı filmin təqdimatı,
20.06.2014-cü il tarixində, Xaçmaz rayonunda Milli Qəhrəman Yaşar Şahbazova həsr olunmuş "Bitməyən ömür" adlı filmin təqdimatı,
20.06.2014-cü il tarixində, Bakı şəhərində Milli Qəhrəman Gültəkin Əsgərovaya həsr olunmuş "Gültəkin" adlı filmin təqdimatı ,
22.06.2014-cü il tarixində, Ağdam rayonunda Milli Qəhrəman Asif Məhərrəmova həsr olunmuş "Haqqa söykənmiş həyat" adlı filmin təqdimatı,
23.062014-cü il tarixində, Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş "Mübarizlik Zirvəsi" adlı filmin təqdimatı,
25.06.2014-cü il tarixində, Quba rayonunda Milli Qəhrəman Albert Aqarunova həsr olunmuş "Dostuma məktub" adlı filmin təqdimatı ,
25.06.2014-cü il tarixində, Bakı şəhərində Milli Qəhrəman Rasim İbrahimova həsr olunmuş "Adadan başlayan yol" adlı filmin təqdimatı
25.06.2014-cü il tarixində, Sumqayıt şəhərində Milli Qəhrəman Mətləb Quliyevə həsr olumuş "Həsrətlə cənnətə qovuşanlar" adlı filmin təqdimatı,
26.06.2014-cü il tarixində, Bakı şəhərində Milli Qəhrəman Məzahir Rüstəmova həsr olunmuş "Xatirələrdə yaşayan ömür" adlı filmin təqdimatı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB