Bir saatlıq fasilədən sonra AYB-nin XII qurultayı öz işini davam etdirdi. SİA-nın məlumatına görə, AYB sədrliyinə yeganə alternativ namizəd Elxan Zal öz namizədliyini Anarın xeyrinə geri götürüb. O diqqətə çatdırdı ki, namizədliyini verərkən Anar müəllim namizədliyini irəli sürməmişdi. Amma indiki şəraitdə, o, özü də, Anar Rzayevə səs verəcək.
Yazıçı, millət vəkili Aqil Abbas çıxış edərək Anarın bundan sonra 10-15 il də sədr olacağını söylədi.
Qurultayda tanınmış şair Ramiz Rövşən Vaqif Səmədoğlunun yubileyindən sonra "Azdrama"da ikinci möhtəşəm tədbir keçirildiyini bildirib: "Gələcəkdə yaxşı dərgilər çap olunarsa keyfiyyətli ədəbiyyatın da yaranacağı şübhəsizdir. Gənc şairlərin şeirlərini oxuyuram. Aralarında yaxşı şeirlər var. Amma mən o şeirlərdə ruh görmürəm. Biz çox mexanikləşmiş dünyada yaşayırıq. Belə bir zəmanədə şairin vəzifəsi insana təbiilik aşılamaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB