Masallıda III Beynəlxalq folklor festivalının yekun konserti olub FOTO

Masallıda III Beynəlxalq folklor festivalının yekun konserti olub FOTO

Masallı şəhərindəki Heydər Əliyev parkında ümummilli lider Heydər Əliyevin 91-ci ildönümünə həsr olunmuş III Beynəlxalq folklor festivalının yekun konserti olub. SİA-nın verdiyi xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyinin, Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən və üç gün davam edən festivalın yekun tədbirində Azərbaycan ilə yanaşı, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Latviya və Litvadan gəlmiş folklor kollektivləri istedad və bacarıqlarını nümayiş etdiriblər.

Konsertdə Masallı rayonunun "Halay" və "Həcər", Ağcabədi rayonunun folklor kollektivlərinin, Türkiyənin, Rusiyanın, Gürcüstanın, Latviyanın rəqs qruplarının, İran İslam Respublikasının "Araz" aşıqlar və "Cahan" rəqs qruplarının çıxışları tamaşaçılar tərəfindən böyük hərarətlə qarşılanıb.

Mərasimdə yaddaqalan məqamlardan biri də Masallı rayonunun nağaraçılar və rəqs qrupları ilə gürcüstanlı qonaqların birgə hazırladıqları təqdimat olub.

Qeyd edək ki, III Beynəlxalq Folklor Festivalında iştirak etmiş bütün kollektivlərə diplomlar, Azərbaycanın qədim tarixini və mədəniyyətini əks etdirən xatirə hədiyyələri təqdim edilib. Mərasimin sonunda parkda bayram atəşfəşanlığı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə