“Turizmin inkişafında əhəmiyyətli tədbirlərin rolu” konfransında Əbülfəs Qarayev iştirak edib FOTOLAR
2014-cü ilin 16-17 iyun tarixlərində Ümumdünya Turizm Təşkilatı (BMÜTT) və Rusiyanın turizm üzrə federal agentliyinin birgə təşkilatçılığı ilə Soçi şəhərində "Turizmin inkişafında əhəmiyyətli tədbirlərin rolu" mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfransda Azərbaycan Respublikası mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin başçılığı altında nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinin tərkibinə, həmçinin, "Şahdağ Qış - Yay turizm Kompleksi"nin müdiriyyətinin direktoru Emin Həşimov, Nazirliyin Turizm şöbəsinin müdir müavini Rauf Paşayev, Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev və başqaları daxildir. Adıçəkilən tədbirdə Argentina, Rusiya Federasiyası, Bolqarıstan, Macarıstan, Yunanıstan, Misir, İspaniya, Qazaxıstan, Çin və Kamboca kimi ölkələrin turizm nazirləri və məsul şəxsləri iştirak edib. Bundan başqa, konfransda Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Katibi Taleb Rifai də iştirak b Nazir Ə. Qarayev "Turizm destinasiyalarının inkişafında əhəmiyyətli tədbirlərin iqtisadi və sosial mexanizmi" mövzusu ilə bağlı öz çıxışında turistlərin ölkəmizə cəlb edilməsində Bakıda keçirilmiş "Avroviziya 2012" mahnı müsabiqəsinin böyük rolu olduğunu vurğulamış və bu sahədə öz təcrübəsini paylaşıb. Bununla yanaşı səfər çərçivəsində nazir Əbülfəs Qarayev Rusiya Federasiyasının mədəniyyət naziri Vladimir Medinski, ÜİTT-nin Baş katibi Taleb Rifai və Soçi şəhərinin meri Anatoli Paxomov ilə ikitərəfli görüşlər keçirib.
Qeyd edək ki, tədbir çərçivəsində iştirakçılar Soçinin olimpiya infrastrukturu ilə tanış olmaq imkanı əldə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB