Nazir: "Azərbaycan ədəbiyyatının nümunələri dünyaya lazımınca çatdırılmır"
Azərbaycan Yazıçılarının XII qurultayında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bəzi imzaları çıxmaq şərtilə, Azərbaycan ədəbiyyatının nümunələri dünyaya lazımınca çatdırılmadığını bildirib: "Bu istiqamətdə bundan sonra səylər artırılacaq. Azərbaycan ədəbiyyatının inkişafı üçün dövlət səviyyəsində müxtəlif proqramları həyata keçirilib və ədəbi əsərlərin təbliği üçün işlərin aparılması davam edəcək. Hər il müxtəlif ədəbi tədbirlər keçirilir, görkəmli ədiblərin yubileylərinin keçirilməsi dövlətin daim diqqətindədir. Bu gün Azərbaycan yazıçısı cəmiyyətin ən nüfuzlu insanları sırasındadır. Yazıçılar Birliyinin qarşısında duran əsas vəzifələrdən biri bizi narahat edən məsələlərlə bağlı yeni əsərlərin yazılmasıdır. Düşünürəm ki, yazıçılarımız uşaq ədəbiyyatına, dramaturgiyaya da üz tutacaqlar. Qarabağ mövzusunda əsərlər yazılmalıdır. Həmçinin cəmiyyəti narahat edən məsələlərə də yazıçılarımız öz əsərlərində toxunmalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB