Azərbaycan yazıçılarının XII qurultayının nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycan yazıçılarının XII qurultayının nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycan yazıçılarının XII qurultayının iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyublar. SİA-nın məlumatına görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb.

Qurultay iştirakçıları Fəxri xiyabanda görkəmli şair və yazıçılarımızın da məzarlarını ziyarət edərək, üzərlərinə gül-çiçək düzüb, xatirələrini ehtiramla anıblar.

Daha sonra qurultay iştirakçıları Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə gül, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Qeyd edək ki, Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qurultayın xarici ölkələrdən olan qonaqlarına Şəhidlər xiyabanının tarixi, şəhərdə aparılan abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə