Qəbələ rayonunda 15 İyun-Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib. SİA-nın verdiyi məlumata görə, əvvəlcə rayon icra hakimiyyətinin kollektivi, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil və səhiyyə işçiləri dahi rəhbər Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsini ziyarət edərək önünə əklil və gül-çiçək dəstələri qoyublar.
Sonra Heydər Əliyev parkında rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə bayram gəzintisi təşkil olunub. Bayramsayağı bəzədilmiş parkda təşkil edilən konsertdə rayon mədəniyyət evinin instrumental ansamblının və yerli müğənnilərin ifasında səslənən şən mahnılar Qəbələ sakinlərinə əsl bayram əhval-ruhiyyəsi bəxş edib.
Qeyd edək ki, məktəblilər müasir müstəqil Azərbaycana, Vətənə, rəhbərə həsr edilmiş şeirlər söyləmiş, mahnılar ifa ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB