Bakı növbəti Beynəlxalq teatr konfransına ev sahibliyi edəcək

Bakı növbəti Beynəlxalq teatr konfransına ev sahibliyi edəcək

Noyabrın 5-6-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində III Bakı Beynəlxalq teatr konfransı keçiriləcək. SİA-nın məlumatına görə, builki konfransın əsas mövzusu "Multikulturalizm və ümumbəşəri dəyərlər sistemində teatrın yeri" adlanır.

Konfransın əsas məqsədi dünyanın görkəmli teatr sənətçilərinin və ekspertlərinin müasir teatrın qarşısında duran ümumi problemləri və imkanları müzakirə etmələrinə tribuna yaratmaqdır.

Qeyd edək ki, noyabrın 4-də və 7-də teatr sənətinin müxtəlif sahələri üzrə ustad dərslərin, seminarların və treninqlərin keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə