Bu günün tarixi

Miladi: 15 iyun 2014

Hicri: 17 Şəban 1435

İlin 166-cı günü
İlin sonuna 199 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 04:40
Günəş - 06:10
Zöhr - 13:45
Əsr - 18:24
Məğrib – 21:28
İşa – 23:15

1389-cu ildə Osmanlı dövləti Serb və Bosniyayla müharibədə qələbə qazanıb

1722 - Çar I Pyotr Azərbaycanın Şirvan və Xəzəryanı bölgələrinin əhalisinə bəyannamə ünvanlayıb. Bəyannamədə Xəzər regionuna yürüş edən rus qoşunlarının yerli əhaliyə qarşı pis niyyət güdmədiyi iddia olunurdu. Bunun ardınca (18 iyun) I Pyotrun başçılıq etdiyi rus qoşunlarının Həştərxandan Azərbaycan torpaqlarına yürüşü başlandı.

1752-ci ildə Bencamin Franklin ıldırımın elektrisitə olduğunu sübut edib

1826-cı ildə Osmanlı dövlətində yeniçərilik ləğv olunub

1888-ci ildə II Vilhelm Almaniyanın imperatoru oldu

1896-cı ildə Yaponiyada baş vermiş sunamidə 22 000 nəfər həlak olub

1924-cü ildə Xalq şairi Hüseyn Arif dünyaya gəlib

1945-ci ildə Azərbaycanın Xalq artisti Amaliya Pənahova anadan olub

1946-cı ildə yunan müğənni Demis Rusos dünyaya gəlib

1954-cü ildə UEFA təsis olunub

1988 - Ermənistanın Ali Soveti "Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə keçməsi haqqında" qərar qəbul edib. Buna etiraz olaraq Azərbaycan SSR Ali Soveti iyunun 17-də bəyanat qəbul edərək SSRİ Ali Sovetindən Ermənistanın hərəkətinə münasibət bildirməyi xahiş edib.

1992 - Azərbaycanın Milli Ordu birləşmələrinin Xocalı və Əsgəran istiqamətində hüjumları başlanıb. Döyüşləri lentə alan telejurnalist Çingiz Mustafayev Naxçivanik kəndi yaxınlığında şəhid olub. Ç.Mustafayevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi.

1992-ci ildə Azərbaycan Milli aviasiya akademiyası yaradılıb.

1993-cü ildə parlamentin fövqəladə iclasında Heydər Əliyev Ali sovetin sədri seçildi.

1994-cü ildə İsrail ilə Vatikan arasında kamil siyasi əlaqə qurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə