Məşhur aktrisa türk filmində erməni qızını canlandıracaq

Məşhur aktrisa türk filmində erməni qızını canlandıracaq

"Titanik" filmində baş rolun ifaçısı Keyt Uinslet Türkiyədə çəkilən uydurma "erməni soyqırımı"nın baş verdiyini inkar edən filmdə erməni qızın rolunu canlandıracaq. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, "Mənim qəlbimin boşluğu" adlı filmdə digər əsas rolu tanınmış Holivud ulduzu Mark Uolberg oynayacaq.

Filmin çəkilişləri Van şəhərində, Ağrı və Ərzurum dağları ətrafında aparılacaq.

Ekran əsərinin süjeti Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ermənilərə son müraciətinin bənzəri olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə