Fotomüsabiqəyə yekun vurulub

15 İyun – Milli Qurtuluş Gününə həsr olunan "Bakı: qeyri-adi foto" mövzusunda fotomüsabiqəyə yekun vurulub. SİA-nın məlumatına görə, bununla bağlı Müasir İncəsənət Mərkəzində sərgi və mükafatlandırma mərasimi keçirilib.

Müsabiqəyə vəsiqə qazanan 50 foto sənətsevərlərin ixtiyarına verilib. Bakının tarixi, dünəni və bu gününün əks olunduğu işlərin hər birində müəlliflərin Vətənə sevgisi hiss olunub. Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Fotoqraflar Birliyinin, həmçinin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin yekun tədbirində çıxış edənlər gənclərə yeni uğurlar arzulayıblar. Bildirilib ki, müsabiqənin məqsədi Bakı şəhərinin qədim və zəngin tarixinin qeyri-adi rakursdan təqdim edilməsi, həmçinin mədəni irsin qorunması və təbliği olub.

Qeyd edək ki, sonda müsabiqədə fərqlənən fotoqraflara diplom və hədiyyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə