Miladi: 14 iyun 2014
Hicri: 16 Şəban 1435
İlin 165-ci günü
İlin sonuna 200 gün qalır
Bu günün namaz vaxtları
Fəcr – 04:31
Günəş – 06:10
Zöhr – 13:41
Əsr – 18:25
Məğrib – 21:29
İşa – 23:16
1777-ci ildə ulduzları və zolaqları olan ilk ABŞ bayrağı Konqres tərəfindən Amerika Birləşmiş Ştatlarının dövlət bayrağı kimi qəbul edilib.
1794-cü ildə şair-mütəfəkkir Mirzə Şəfi Vazeh anadan olub.
1900-cü ildə Amerika Birləşmiş Ştatları Havay adalarını öz ərazisinə birləşdirdi.
1919 - Xalq Cümhuriyyətinin parlamenti ölkədə vəziyyətin elan olunması barədə qərar qəbul edib. Baş nazir Nəsib Usubbəylinin rəhbərlik etdiyi DövlətMüdafiə Komitəsinə fövqəladə səlahiyyətlər verilib. Muğandakı bolşevik təmayüllü qiyamın, ermənilərin Qarabağ və Zəngəzurdakı silahlı çıxışlarının yatırılması üçün bu bölgələrə ordu hissələri göndərilib.
1920-ci ildə sosioloq Maks Veber (Max Weber) vəfat edib.
1926-cı ildə tarzən Həbib Bayramov anadan olub.
1928-ci ildə əslən Argentinadan olan Kuba inqilabçısı Ernesto Çe Gevara anadan olub.
1936-cı ildə rus yazıçısı Maksim Qorki vəfat edib.
1946 – Cənubi Azərbaycanda (Təbriz) Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Milli Hökuməti süqut edib. 1945-ci ilin 12 dekabrında (21 Azər hərəkatı) elan edilən solçu təmayüllü Pişəvəri hökumətinə ilk mərhələdə bölgədəki sovet qoşunları tərəfindən müəyyən dəstək vardı. Lakin II Dünya müharibəsinin başa çatması ilə sovet qoşunları bölgəni tərk etdilər və Milli Hökumətə qarşı İran şah rejimi tərəfindən geniş repressiyalar başlandı. Bir qrup məsləkdaşı ilə sovet Azərbaycanına mühacirət edən Pişəvəri burada müəmmalı avtomobil qəzasında həlak oldu.
1951-ci ildə İlk ticari komputer olan UNIVAC I təqdim edilib.
1964-cü ildə Nelson Mandela ömürlük həbsə məhkum edilib.
1982-ci ildə Argentina ordusu, Falkland adalarında Böyük Britaniyaya təslim olub.
1994-cü ildə bəstəkar Henri Mançini (Henry Mancini) vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB