15 İyun – Milli Qurtuluş Gününə həsr olunan "Bakı: qeyri-adi foto" mövzusunda fotomüsabiqəyə yekun vurulmuşdur. Bununla bağlı Müasir İncəsənət Mərkəzində sərgi və mükafatlandırma mərasimi keçirilmişdir. Müsabiqəyə vəsiqə qazanan 50 foto sənətsevərlərin ixtiyarına verilmişdir.
Bakının tarixi, dünəni və bu gününün əks olunduğu işlərin hər birində müəlliflərin Vətənə sevgisi hiss olunmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Fotoqraflar Birliyinin, həmçinin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin yekun tədbirində çıxış edənlər gənclərə yeni uğurlar arzulamışlar.
Bildirilmişdir ki, müsabiqənin məqsədi Bakı şəhərinin qədim və zəngin tarixinin qeyri-adi rakursdan təqdim edilməsi, həmçinin mədəni irsin qorunması və təbliği olmuşdur.
Sonda müsabiqədə fərqlənən fotoqraflara diplom və hədiyyələr təqdim edilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB