Müasir tariximizin ən şanlı və parlaq səhifələrindən olan 15 İyun - Milli Qurtuluş Günü Şəkidə bayram əhval-ruhiyyəsi ilə qeyd olunub. SİA-nın məlumatına görə, əlamətdar gün münasibətilə Şəki şəhərindəki yay teatrında bayram konserti olub.
Şəhər rəhbərliyinin, uşaq və gənclərin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə qeyd olunub ki, Azərbaycan xalqı öz milli qurtuluş mübarizəsinin tarixini yad edərkən, ilk növbədə, bu tarixin yaradıcısı, ümummilli lider Heydər Əliyevi xatırlayır, Ulu Öndərin ölməz ruhu qarşısında baş əyir, ölkəmizin qüdrətlənməsi və müstəqilliyimizin qorunub möhkəmləndirilməsində onun siyasi kursuna arxalanır. Vurğulanıb ki, 1993-cü ilin iyununda müstəqilliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda məhz Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına son qoyulmuş, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas olub.
Qeyd edək ki, Şəki Musiqi Kolleci və şəhər 3 nömrəli uşaq musiqi məktəbi kollektivlərinin təqdim etdikləri rəngarəng konsert proqramı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB