Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu və tərəfdaşları Büronun İşçi Qrupunun dördüncü iclasını keçirib. Nazirliyin mətbuat xidmətinndən SİA-ya verilən məlumata görə, tədbir iştirakçıları Azərbaycan Konqreslər Bürosunun iyul ayında İstanbulda keçiriləcək M&I Forumunda (Görüş və Təşviqat Forumu) iştirakı ilə bağlı gündəmdə duran məsələləri müzakirə edib.
İclasda eyni zamanda 2-5 iyul tarixlərində Amsterdamda keçiriləcək İCCA Research, Sales and Marketing Proqramında (İCCA Araşdırma, Satış və Marketinq Proqramı) Azərbaycan Konqreslər Bürosunun iştirakı ilə bağlı məsələlər də nəzərdən keçirilib.
İclas zamanı, həmçinin, cari ilin may ayında Azərbaycan Konqreslər Bürosu və onun tərəfdaşlarının iştirak etdiyi IMEX beynəlxalq biznes turizm sərgisində əldə edilən təcrübə və uğurlardan danışılıb. Qeyd etmək lazımdır ki, qiymətləndirmə və aparılan müzakirələr gələcəkdə bu cür tədbirlərdə daha da böyük uğurla iştirak etməyə kömək edəcək və eləcə də belə tədbirlərin təşkilində böyük rol oynayacaq.
İclasın gündəmində olan bir digər məsələ isə Rusiyanın MİCE (biznes turizm) bazarı iştirakçıları üçün təşkil edilən tanışlıq səfəri idi. Tanışlıq səfəri zamanı Rusiyalı nümayəndə heyəti Azərbaycanın adət-ənənələri və ölkədə biznes turizminin inkşafı üçün yaradılan şərait haqqında məlumatlandırılıb. İclasda Rusiyanın MİCE bazarı iştirakçıları üçün növbəti tanışlıq səfərinin bu ilin payız aylarında təşkil ediləcəyi qərara alınıb.
Yay aylarında isə Almaniyalı MİCE bazarı iştirakçıları ölkəmizdə tanışlıq səfərində olacaq. Tədbir iştirakçılarının da qeyd etdiyi kimi, bu cür səfərlərin təşkili ölkəmizin xarici sərmayəçilərə və MİCE bazarı iştirakçılarına tanıdılmasında mühüm rol oynayır.
Büronun görəcəyi işlər sırasında ölkəmizin nailiyyətlərinin və turizm inkişaf potensialının dünya mətbuatında işıqlandırılması və eləcə də ICJ Magazine, CİM və s. kimi nüfuzlu jurnallarda təbliğinin aparılmasının nəzərdə tutulduğu qeyd olunub.
Qeyd edək ki, yekunda bir çox məsələlər üzrə razılıq əldə olunub və Büronun gələcək fəaliyyət planı təsdiqlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB