AMEA-da Rusiya Elmlər Akademiyasından daxil olan elmi jurnalların sərgisi keçirilib FOTOLAR

AMEA-da Rusiya Elmlər Akademiyasından daxil olan elmi jurnalların sərgisi keçirilib FOTOLAR

Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasının Rusiya Elmlər Akademiyasının Təbiət Elmləri üzrə Kitabxanasından yeni daxil olan 154 adda, 1700-dən çox elmi jurnalların sərgisi keçirilib. SİA-nın məlumatına görə, sərgidə Mərkəzi Elmi Kitabxananın elmi işlər üzrə direktor müavini Firəngiz Hüseynova öz çıxışında jurnallar haqqında sərgi iştirakçılarına geniş məlumat verərək bildirib ki, Rusiya Elmlər Akademiyasının Təbiət Elmləri üzrə Kitabxanasından Mərkəzi Elmi Kitabxanaya daxil olan bu jurnallar bir çox elm sahəsini əhatə edir. Hər bir elm üzrə burada dəyərli materiallar var. Buradakı materiallar tədqiqat aparan elm adamları üçün çox dəyərli mənbədir. Bu jurnallarda Azərbaycan alimlərinin də 200-ə yaxın elmi məqaləsi nəşr olunub. Həmin məqalələr Mərkəzi Elmi Kitabxananın Azərbaycanşünaslıq şöbəsinin biblioqrafları tərəfindən "Azərbaycanda elm və mədəniyyət" adlı elektron kartotekada və Azərbaycanşünaslıq elektron informasiya mərkəzinin müvafiq məlumat bazalarına daxil edilib.

Əsasən 2012 - 2013-cü illəri əhatə edən jurnallarda fizika-riyaziyyat, kimya, Yer elmləri, biologiya, ictimai-humanitar elmlər, texniki, tibb, fəlsəfə və s. elm sahələri üzrə yüzlərlə elmi araşdrımalar dərc olunmuşdur. Sərgidə jurnallar adıçəkilən bölmələrdə alim və mütəxəssislərə təqdim olunub.

Qeyd edək ki, sərgi 10 gün müddətində davam edəcək. Elmi jurnallardan istifadə etmək istəyənlər oxucular kitabxananın dövri mətbat zalına müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə