Polşada “Oğuzxan” eposu nəşr edilib

Polşada “Oğuzxan” eposu nəşr edilib

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun təşəbbüsü ilə ölkəmizin tanıdılması məqsədilə silsilə tədbirlər həyata keçirilir. SİA-nın məlumatına görə, polyakları Azərbaycan haqqında ətraflı məlumatlandırmaq məqsədilə səfirlik tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, arxitekturası, mətbəxi ilə bağlı Azərbaycan-Polşa seriyaları altında 50 adda müxtəlif kitabların nəşri reallaşır.

Bununla əlaqədar, Azərbaycan eposları seriyasından "Oğuzxan" eposu səfirlik, Diasporla İş üzrə Dövlət Komitəsi və Adam Miçkieviç İnstitutunun birgə əməkdaşlığı nəticəsində İSBN kodu ilə nəşr olunmuş, ali məktəb kitabxanalarına və yerli ictimaiyyətə təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə