Əbülfəs Qarayev: "Ciddi işlər görməyi qarşımıza əsas məqsəd qoymuşuq"
Bu gün ümumi məramı Azərbaycanın turizm sektorunun göstəricilərinin Azərbaycan iqtisadiyatının şaxələndirilməsi prosesi dövründə təkmilləşdirilməsindən ibarət olan "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin imkanlarının gücləndirilməsi" Tvinninq Layihəsi müvəffəqiyyətlə başa çatıb. SİA-nın məliumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard, Avstriya Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Sylvia Meier-Kajbic, Litva Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Sarune Kubiliute, Mədəniyyət və Turizm Nazirinin müavini, Benefisiar tərəfdən layihə rəhbəri Nazim Səmədov, media nümayəndələri və başqaları iştirak ediblər.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək əsas vəzifənin turizm sektorunun inkişafı olduğunu bildirib: "Bildiyiniz kimi Azərbaycana gələn turistlərin sayı artmaqdadır. Bizim də əsas vəzifəmiz ölkəmizin turizmini dünyaya tanıdılmasından ibarətdir. İllər əvvələ nəzər saldıqda görə bilərik ki, rayonlarımızda istirahət üçün heç bir şərait yox idi. Amma indi bölgələrimizdə yeni və hər cür şəraiti olan mehmanxanalarımız mövcuddur. Bu da turistlərin axınına təkan verir. Bir neçə il bundan öncə Azərbaycana gələn turistlərin sayı 400 min idisə, əminliklə deyə bilərik ki, hazırda turistlərin sayı 2 milyona çatıb. Turizmi inkişaf etdirmək üçün Turim İnstitutu açıldı. Sənaye sahəsində çalışan nümayəndələrlə ciddi işlər görməyi qarşımıza əsas məqsəd qoymuşuq. Hətta Nazim Səmədovla da bu sahədə müzakirələr aparmışıq. Gücümüzü sənaye sahəsi ilə də paralel aparmağı planlaşdırırıq. Onu da deyim ki, mədəniyyət və turizm sahəsinin daha da uğurlu inkişafı üçün Avropa Birliyi ilə əməkaşlığımız daha da artacaq".
Daha sonra Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard söz alaraq Azərbaycan turizminin günü-gündən daha da artdığını diqqətə çatdırıb: "Bu layihəni həyata keçirmək üçün çoxlu enerji sərf olunub. Azərbaycanın turizm potensilalı çox böyükdür. Bu 16 aylıq tvinninq layihəsi idi. Sonunda uğurlu nəticələr əldə etdik. Əsas məqsədimiz Azərbayacana daha çox turist cəlb etməkdən ibarətdir. Düşünürəm ki, Azərbaycandan da Avropaya turistlər səfər edəcəklər. Viza rejminin sadələşdirilməsi üçün sentyabr ayında saziş imzalanacaq. Bununla da əməkdaşlığımızı daha da artacaq".
Nəzərinizə çatdıraq ki, büdcəsi 900,000 Avro olan bu layihə 15 Fevral 2013-cü il tarixdə başlayaraq, 16.5 ay ərzində Benefisiar qismində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Avropa İttifaqına üzv dövlət qurumları - Avstriya Federal Satınalmalar Agentliyi (FPA) və Litvanın Dövlət Turizm Departamenti tərəfindən həyata keçirilib və layihənin uzadılmış son müddəti 27 İyun 2014-cü il tarixi kimi müəyyən olunub. Bu layihənin icrası Azərbaycanda dövlət tərəfindən turizmin idarə edilməsi sisteminə aşağıdakı dəyişiklikləri gətirib:
1) Turizm sahəsində siyasətin daha mükəmməl planlaşdırılması və icrası naminə Turizm Şöbəsinin təşkilatı strukturu və imkanlarının artırılması sahəsinin optimallaşdırılması və təkmilləşdirilməsi, şöbənin işçi heyətinin təlim ehtiyaclarının təhlili, turizm üzrə səlahiyyətlitərəfmüqabillərivə sektor nümayəndələri üçün turizm məkanının inkişafında tətbiq oluna biləcək qabaqcıl alətlər üzrə təlimlərın keçirilməsi;
2) Turizmə dair hazırki hüquqi çərçivənin təhlili və yenilənməsinə dair tövsiyələr, turizm sahəsində xidmətlər üçün minimal standartları müəyyən edən ikinci dərəcəli hüquqi çərçivənin təklif olunması, lisenziyalaşdırmaya dair hazırki tənzimləyici çərçivənin təhlili və minimal lisenziyalaşdıma tələbləri üzrə tövsiyələrin verilməsi, turizm sahəsində kiçik və orta sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün turizm fondunun yaradılması üzrə təkliflər;
3) Azərbaycanda turizm statistikanın hazırki vəziyyətini təhlili və turizm üzrə səmərəli statistik hesabatlılıq sisteminin qurulmasınadair təkliflər, geniş əhatəliüç illik marketinq strategiyasının tətbiqi, bu sahədə peşə təhsilin təkmilləşməsi, turizm məkanının marketinqı və turizm məhsulunun yaradılması üzrə təlimlərin keçirilməsi;
4) Litva təcrübəsinin əsasında Turizm və rekreasiya zonasının sərbəst tənzimlənmə xüsusiyyətinə malik və Naftalana tətbiq oluna biləcək ətraflı modelinin hazırlanması, eləcədə ekoloji cəhətdən həssas ərazilərdə xüsusi turizm zonası modelinin hazırlanması.
Tvinninq layihəsinin tövsiyələrinin nəticəsi olaraq, aşağıdakı əsas tətbiqlər rəsmi olaraq qəbul edilib:
- Üç-illik Marketing Strategiyasının 2014-2016) hazırlanması və 13 Noyabr 2013-cü il tarixində Mədəniyyət və Turizm Naziri tərəfindən qəbul edilməsidir.
- Mehmanxana və digər yerləşdirmə növlərinə aid təklif olunmuş minimal standartlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 14 Yanvar 2014-cü il tarixində qəbul edilib.
- MICE (işgüzar) turizmin konqreslər və konfranslar vasitəsi ilə potensialının gücləndirilməsi məqsədi ilə Azərbaycan Konqres Bürosu (AzCB) Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB