“Yenifilm.az” qısametrajlı filmlərin ssenari müsabiqəsini elan edib

“Yenifilm.az” qısametrajlı filmlərin ssenari müsabiqəsini elan edib

C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyası kino sənətinə həvəs göstərən gənclərə imkan yaratmaq məqsədilə iyunun 11-dən iyulun 20-dək "yenifilm.az" qısametrajlı bədii filmlərin ssenari müsabiqəsini elan edib. Kinostudiyadan SİA-ya verilən məlumata görə, 29 yaşa qədər olan müəlliflər istənilən mövzu və janrda bir və daha çox ssenari təqdim edə bilərlər.

Müsabiqəyə ssenariləri iyulun 15-dək [email protected] elektron ünvanına təqdim edilməlidir. Müəllifin özü haqqında qısa məlumatı və rekvizitləri (poçt ünvanı, telefon, e-mail) ssenariyə əlavə olunmalıdır.

Münsiflər heyətinin rəyi əsasında üç ən yaxşı ssenari müəyyən edilərək "Azərbaycanfilm" Kinostudiyasının istehsalat bazasında çəkiləcəkdir. İstehsalına başlanan qalib ssenarilərin müəllifləri ümumi qaydada qonorar alacaqlar.

Qeyd edək ki, qaliblərin adları avqustun 2-də kinostudiyanın saytında və "Mədəniyyət" qəzetində açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə