]İyunun 15-də Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən "Günay" teatr studiyasının 11-ci teatr mövsümünü bağlaması münasibətilə tədbir keçiriləcək. SİA-nın məlumatına görə, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında təşkil ediləcək tədbirin birinci hissəsi vokal və xoreqrafiya nömrələri, teatrlaşdırılmış ədəbi-musiqili kompozisiyalardan ibarət olacaq. Konsertdə bir çox beynəlxalq müsabiqələrin laureatları çıxış edəcəklər.
Tədbirin ikinci hissəsində isə "Şelkunçik" tamaşasının premyerası olacaq. E.Hofmanın nağılı əsasında hazırlanmış tamaşada P.Çaykovskinin musiqilərindən istifadə edilib.
Tamaşanın ssenari müəllifi, quruluş və musiqi tərtibatı teatr studiyasının rəhbəri Larisa Tarusovaya, rəqslərin quruluşu isə Günəş Talıbovaya məxsusdur.
Qeyd edək ki, baş rollarda Elina Kainbekova, Maksim Korşunov, Leyla Yusubova, Leyla Mürşüdova, Gülər Aslanova və Akim Şeqlov oynayacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB