“Ümid yeri” adlı sərgi-tədbir keçirilib

“Ümid yeri” adlı sərgi-tədbir keçirilib

Bu gün Azərbaycan İstiqlal Muzeyi Bakı şəhərində yerləşən hərbi hissələrin birində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş "Ümid yeri" adlı sərgi-tədbir keçirib. SİA-nın məlumatına görə, tədbir Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə başlanıb.

Azərbaycan Turizm İnstitutunun İctimai fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Əliyev, "Silahlı Qüvvələrə Nəzarət" İctimai Birliyinin sədri Emin Həsənli, hərbi hissənin hərbi qulluqçusu, çavuş Nihad Mehdizadə, Azərbaycan İstiqlal Muzeyinin elmi-kütləvi işlər şöbəsinin elmi işçisi Gülay Ramazanova əsgərlər və zabitlər qarşısında mövzu ilə bağlı mühazirələrlə çıxış ediblər.

Qeyd edək ki, tədbirin sonunda Yasamal rayonundakı 24 nömrəli uşaq yaradıcılıq mərkəzinin üzvləri "Səma" qrupu tərəfindən hazırlanmış bədii-musiqili kompozisiya nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə