Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu və Nazirliyin Rusiya nümayəndəliyi olan P&P Travel Marketing şirkəti Büronun üzv otel və Təyinat İdarə Şirkətləri (TİŞ) üçün treninq (təlim) təşkil edib. SİA-nın məlumatına görə, təlim JW Marriott Absheron Hotel-də baş tutub. Təlim diqqəti Rusiyanın MİCE (biznesturizm) bazarına cəmləyib və rusiyalı korporativ müştəri profilinin və bazarın əsas oyunçularının müəyyənləşdirilməsi kimi nəzəri məsələləri, eləcədə təklif üçün sorğuların (Request For Proposal) həyata keçirilməsinin ən yaxşı təcrübələrini muzakirə edib. Eyni zamanda təlim çərçivəsində praktiki məsələlər, təklif üçün sorğularla davranma texnikası, vaxtın idarə olunması və s. kimi sahələrdə nəzərdən keçirilib.Təlimin mühim tərəflərindən biri də Rusiya və MDB ölkələrinin Azərbaycan sənayesi üçün hədəf bazarların olmasıdır.
Qeyd etmək lazımdır ki, Rusiya MİCE bazarı Azərbaycana böyük maraq göstərir, beləki, Azərbaycan Konqreslər Bürosu Rusiyanın MİCE agentliklərindən müraciətlər qəbul edir. Agentliklər müraciətdə ölkəmizin inkşaf edən biznes turizminə qoşulmaq və sektorun artan potensialını gücləndirmək kimi istəklərini bildirir. Keçirilən təlimlər Azərbaycana olan marağı daha da artıracaqdır. Eyni zamanda qeyd edək ki, Azərbaycan Konqreslər Bürosu TİŞ-ni üzvlüyə qəbul etmək üçün xüsusi seçim meyarları təyin edib. Bu növ təlimlər şirkətlərin üzvlərininin peşəkarlığını və biliyini artırmaq üçün çox faydalıdır. Təşkil olunan tədbir və təlimlərin əsas məqsədi Azərbaycanın turizm mərkəzi kimi təşviqini peşəkar və yüksək səviyyədə həyata keçirməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB