Azərbaycan filmi “Palm Springs International ShortFest”da

Azərbaycan filmi “Palm Springs International ShortFest”da

Azərbaycanlı kinorejissor Teymur Hacıyevin "Yara" filmi ən nüfuzlu qısametrajlı film festivallarından biri olan ABŞ-ın "Palm Springs International ShortFest"in müsabiqə proqramına daxil olub. SİA-nın məlumatına görə, sözügedən qısametrajlı film 2013-cü ildə "FIL PRODUCTION" və "Cinex Azerbaijan Film & Digital production" istehsalı olaraq "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən "Nar Mobile" mobil operatorunun dəstəyi ilə həyata keçirilib "Üç tarix" adlı film layihəsi çərçivəsində çəkilib. Filmin baş rollarında gənc rejissor Elmar İmanov və məşhur aktyor Şamil Süleymanlı çəkiliblər.

Adıçəkilən layihənin məqsədi gənc Azərbaycan kinorejissorlarına dəstək olmaqdan, onlara özünü ifadə imkanı yaratmaqdan, habelə ölkəmizin tarix-memarlıq irsinə marağın artırılmasından ibarət idi. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi layihənin reallaşdırılması üçün gənc sənətkarlara çəkiliş zamanı "İçərişəhər" və "Qala" qoruqları ərazisində müvafiq şərait yaradıb.

Qeyd edək ki, "Üç tarix" layihəsi nəticəsində tamaşaçıların diqqətinə üç film təqdim olunub .

Bütün xəbərlər Facebook səhifəmizdə