Turizm sahəsində çalışanlar üçün təlim-tədris kursları başa çatıb

Turizm sahəsində çalışanlar üçün təlim-tədris kursları başa çatıb

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və digər yerləşdirmə obyektlərində çalışanlar üçün mütəmadi təlim-tədris kursları təşkil olunur. SİA-nın məlumatına görə, belə tədbirlər çərçivəsində Şimal bölgəsi üzrə Xaçmaz rayonunda müxtəlif xidmət sahələri üzrə keçirilən təlim-tədris kurslarının növbəti mərhələsi başa çatıb.

Təlim-tədris kurslarında əsasən 4 sahə- "İdarəçilərin təlimçi olaraq hazırlanması", "Qeyd-qəbul", "Xadiməçilik" və "Masa xidməti" ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edib. Kursları müvəffəqiyyətlə başa vuran 141 nəfər dinləyiciyə Mədəniyyət və Turizm Nazirliyinin və Türkiyənin Azərbaycandakı Səfirliyinin nümayəndələrinin iştirakı ilə sertifikatlar verilib. Bu istiqamətdəki treninqlərin keçirilməsi regionlarda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsinə, eləcə də turizmin inkişafına öz töhfəsini verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə