“Global Village”da Azərbaycan da təmsil olunacaq

“Global Village”da Azərbaycan da təmsil olunacaq

İyunun 12-də İspaniyanın paytaxtı Madriddə "İnstituto de Empresa" Biznes Məktəbinin təşkilatçılığı ilə "Global Village" adlı mədəniyyət tədbiri keçiriləcək. SİA-nın AzərTac-a istinadən verdiyi xəbərə görə, tədbirdə 70-ə yaxın tələbə klubunun iştirakı gözlənilir.

Azərbaycan Respublikasının İspaniyadakı səfirliyinin dəstəyi ilə ölkəmizi təbliğ edəcək klub da həmin tədbirdə iştirak edəcək.

Ümumilikdə 600-ə yaxın qonağın qatılacağı tədbirdə hər bir ölkə öz mədəniyyətini təbliğ edərək milli suvenirləri, geyimləri, mətbəx nümunələrini təqdim edəcək. Əldə olunan gəlir müxtəlif sosial layihələrə sərf olunacaq.

Xatırladaq ki, analoji tədbir ölkədə akkreditə olunmuş diplomatik korpusun iştirakı ilə aprel ayında keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə