İyunun 12-də Masallı şəhərində Üçüncü Beynəlxalq folklor festivalı başlayacaq. SİA-nın məlumatına görə, festivalda Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, İran, Qazaxıstan, Litva, Latviya və Rusiyanın folklor qrupları istedad və bacarıqlarını nümayiş etdirəcəklər.
İyunun 13-də Masallı şəhərinin mərkəzi meydanında festivalın açılış mərasimi keçiriləcək.
Mərasim başa çatdıqdan sonra tədbir iştirakçıları Nizami Gəncəvi adına parkda xalq sənətkarlığı və milli mətbəx sərgisi ilə tanış olacaqlar.
Həmin gün axşam saatlarında festival iştirakçıları Heydər Əliyev parkında konsert proqramı ilə çıxış edəcəklər.
Qeyd edək ki, iyunun 14-də Masallı rayonunun Qızılağac və Tüklə kəndlərində folklor qruplarının çıxışları, iyunun 15-də isə Heydər Əliyev parkında Üçüncü Beynəlxalq folklor festivalının yekun konserti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB