Bakıda rus klassik musiqisi ifaçılarının festivalı keçiriləcək

Bakıda rus klassik musiqisi ifaçılarının festivalı keçiriləcək

İyunun 11-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük salonunda rus klassik musiqisi ifaçılarının Rusiya Gününə həsr olunmuş VI tələbə festivalının finalı keçiriləcək.

BMA-nın mətbuat xidmətindən bildiriblər ki, festivalın proqramında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin respublika və beynəlxalq müsabiqələr və Qnesinlər adına Rusiya Musiqi Akademiyası tələbələrinin ümumrusiya və beynəlxalq müsabiqələr laureatlarının ifasında R.Qliyer, S.Raxmaninov, S.Prokofyev, A.Sıqankov və S.Tanayevin əsərləri səslənəcəkdir.

Rus klassik musiqisi ifaçılarının VI tələbə festivalının təşkilatçıları Azərbaycanın "Avrasiya Araşdırmaları İnstitutu" İnkişaf Fondu və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə