Xaçmazda təlim tədris kursları başa çatır

Xaçmazda təlim tədris kursları başa çatır

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və digər yerləşdirmə obyektlərində çalışanlar üçün mütəmadi təlim-tədris kursları təşkil olunur. SİA-nın məlumatına görə, uğurlu nəticələr verdiyini nəzərə alaraq, xidmət sahəsi üzrə təlim-tədris kurslarının növbəti mərhələsi Şimal bölgəsi üzrə 03 iyun tarixindən 10 iyun tarixinədək (8 günlük) Xaçmaz rayonunda keçiriləcək.

Təlim-tədris kurslarında əsasən 4 sahə- "İdarəçilərin təlimçi olaraq hazırlanması", "Qeyd-qəbul", "Xadiməçilik" və "Masa xidməti" ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edəcək. İyun ayının 10-da saat 11:00-da kurslarda iştirak edəcək dinləyicilərə sertifikatların verilməsi ilə təlimlər başa çatacaq. Bu istiqamətdəki treninqlərin regionlarda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsi turizmin inkişafına öz töhfəsini verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə