M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli tənqidçi, ictimai xadim, ədəbiyyatşünas alim, tərcüməçi Məmməd Arifin (Dadaşzadə Məmməd Arif Məhərrəm oğlu) anadan olmasının 110 illiyi münasibətilə sərgi keçirilib. SİA-nın məlumatına görə, "Məmməd Arif-110" adlı sərgidə ədəbiyyatşünas alimin kitabları, dünya ədəbiyyatından tərcümələri, redaktoru olduğu kitablar və qəzet, jurnal materialları sərgilənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB