Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Qarabağ regional ofisi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) birgə təşkilatçılığı ilə Ağcabədi rayonundakı 556 ailəlik "Ümid" məcburi köçkün qəsəbəsində yerli və məcburi köçkün ailələrin uşaqları arasında qarşılıqlı adaptasiyanın gücləndirilməsi məqsədilə "Uşaqları unutmayaq" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, "Məcburi köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq məqsədilə yerli vətəndaş cəmiyyəti təşkilatları və icma əsaslı təşkilatların potensialının gücləndirilməsi" layihəsi çərçivəsində keçirilən tədbirdə GTM Qarabağ regional ofisinin rəhbəri Radə Telmanqızı, BAMF-ın sədri Umud Rəhimoğlu, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının nümayəndələri, yerli və məcburi köçkün ailələrinin uşaqları iştirak ediblər.
Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin, şəhər 5 nömrəli tam orta məktəbin şagird və müəllim kollektivi, "Ümid" qəsəbəsində yerləşən uşaq bağçasının uşaqları və mədəniyyət evinin işçiləri tərəfindən nümayiş etdirilən müxtəlif səhnəciklər, rəngarəng musiqi nömrələri və rəqslər əsl bayram əhval-ruhiyyəsi yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB