Multifestivalda Azərbaycanın mədəniyyəti nümayiş olunur

Multifestivalda Azərbaycanın mədəniyyəti nümayiş olunur

Hollandiyanın Rotterdam şəhərində Avropa multifestivalı başlayıb. SİA-nın məlumatına görə, türkiyəli müğənnilərin də iştirak etdikləri multifestivalın proqramı olduqca zəngindir.

Festivalda xalq rəqs qrupları müxtəlif bölgələrə məxsus rəqsləri nümayiş etdirəcəklər. Mədəniyyət və folklor stendinin olacağı Osmanlı kəndində müxtəlif tədbirlər keçiriləcək. Bundan əlavə, festivalın "Mədəniyyətlər görüşür" bölümündə Azərbaycanın və digər xalqların stendlərində mədəniyyət tədbirləri təşkil ediləcək.

Qeyd edək ki, iyunun 9-dək davam edəcək festivalda bir sıra xarici ölkələrin Hollandiyadakı səfirlərinin iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə