Moskvada Vladimir Spivakov Beynəlxalq Xeyriyyə Fondunun 20 illik yubileyi münasibətilə "Moskva dostları qarşılayır" adlı XI Beynəlxalq festival keçirilib. SİA-nın məlumatına görə, festivalda Azərbaycanı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin musiqi təhsili və incəsənət sektorunun müdiri Bətulə Məmmədəliyevanın rəhbərliyi ilə G.Şaroyev adına 35 nömrəli onbirillik uşaq musiqi məktəbinin şagirdləri, respublika və beynəlxalq müsabiqələr laureatları Sədəf Abdullazadə (qanun) və Həşim Həşimov (fortepiano) təmsil ediblər. Həşim Həşimov F.Listin "Qryoza lyubvi" və T.Quliyevin "Qaytağı" əsərlərini ifa edib. O, tamaşaçıların alqışları ilə səhnəyə qayıdaraq S.Raxmaninovun "Metel" əsərini də səsləndirib. Sədəf Abdullazadə isə D.Dadaşovun "Skertso" əsərini yüksək səviyyədə təqdim edib. Festivalda Sədəf Abdullazadəni təcrübəli konsertmeyster Svetlana Əhmədova müşayiət edib. Festival çərçivəsində R.Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Şükür Ömərli Moskvada keçirilən yekun konsertində iştirak edib. O, Montinin "Çağdaş" əsərini ifa etmiş və festivalın yekununa görə diplom və medalla təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB