1099-cu ildə Qüdsə ilk Səlib yürüşü başlayıb.
1557-ci ildə Osmanlı padşahı Qanuni Süleymanın sifarişi ilə Memar Sinanın tikdiyi "Süleymaniyyə" məscidinin açılşı olub.
1654-cü ildə XIV Luiz Fransanın kralı oldu.
1692-ci ildə Yamaykanın Port Royal şəhərində baş vermiş zəlzələdə 1600 nəfər öldü, 3000 nəfər isə yaralandı.
1837-ci ildə Adolf Hitlerin atası Alois Hitler anadan olub.
1914-cü ildə Sakit okeanla Atlantik okeanını birləşdirən Panama kanalı açılıb.
1917-ci ildə İtalyan əsilli Amerikalı müğanni və aktyor Din Martin (Dean Martin) anadan olub.
1922-ci ildə sovet hökumətinin qərarı ilə ədəbiyyat və nəşriyyat msələləri üzrə baş idarə "Qlavlit" yaradılıb.
1929-cu ildə Vatikan müstəqil dövlət oldu.
1946-cı ildə Azərbaycanın görkəmli rejissoru Ramiz Fətəliyev anadan olub.
1952-ci ildə Türkiyənin dünya şöhrətli yazıçısı Orhan Pamuk anadan olub.
1952-ci ildə aktyor Layam Nison anadan olub.
1954-cü ildə ingilis riyaziyyatçısı və kompyuter mütəxəssisi, müasir kompyuterlərin qurucusu Alan Turinq vəfat edib.
1958-ci ildə Amerikalı musiqiçi Prins (Prince) anadan olub.
1967-ci ildə İsrail Şərqi Qüdsü işğal edib.
1969-cu ildə aktrisa Kim Rouds anadan olub.
1979 - cu ildə Moto Moto jurnalının şef-redaktoru Hikmət Həsənov dünyaya gəlib.
1981-ci ildə rus tenisçi Anna Kurnikova dünyaya gəlib.
1992 - Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının elan etdiyi rəsmi məlumata görə, prezidentliyə beş namizədin iştirak etdiyi seçkidə ölkə üzrə seçicilərin 76,3 faizi iştirak etmiş və Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy 59,4 faiz səslə qalib gəlmişdi. İyunun 17-də Elçibəy andiçmə mərasimindən sonra prezident vəzifəsinin icrasına başladı.
1993 - Gəncədə baş vermiş faciəli olaylarla bağlı Prezident Aparatında dövlət və hökumət qurumları rəhbərlərinin geniş müşavirəsi keçirilib. Qarşılıqlı ittihamlarla müşayiət olunan iclasda baş nazir Pənah Hüseynov vəzifəsindən istefa verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB