Azərbaycanlı vokalçı Moskvada Böyük Kreml Sarayında çıxış edib FOTO
Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Moskvanın Böyük Kreml Sarayında "Melodika pokoleniy" adlı II Beynəlxalq uşaq musiqi festivalı keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan, Belarus, Çin, Qırğızıstan, Rusiyadan olan istedadlı uşaqlar Kreml Sarayının Georgiyevsk zalında Prezident orkestri ilə çıxış ediblər. Bu nüfuzlu tədbirdə Azərbaycanı Bülbül adına orta ixtisas musiqi məktəbinin VI sinif şagirdi, Beynəlxalq müsabiqələr laureatı, 12 yaşlı Çinarə Əzimova uğurla təmsil edib. Çinarə Əzimova böyük uğurlara imza atıb. Yeniyetmə vokalçı Estoniyanın Koxtla-Yarve şəhərində keçirilən Beynəlxalq müsabiqədə, Latviyanın Riqa şəhərində keçirilən gənc vokalçıların "Riqa Symphony" Beynəlxalq müsabiqəsində iştirak edərək hər iki yarışmada "Qran-pri" mükafatına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB