Beynəlxalq Muğam Mərkəzində növbəti muğam axşamı

Beynəlxalq Muğam Mərkəzində növbəti muğam axşamı

İyunun 6-da Beynəlxalq Muğam Mərkəzinin, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin və JTI şirkətinin birgə təşkilati dəstəyi ilə muğam axşamı olmuşdur.

Beynəlxalq Muğam Mərkəzində keçirilən konsertdə Xalq Artisti Fikrət Verdiyevin bədii rəhbərliyi ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Göygöl dövlət mahnı və rəqs ansamblı çıxış etmişdir.

Konsertdə ansamblın solistlərinin ifasında milli muğam sənətimizin parlaq nümunələri səslənmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə