“Anadolu Atəşi” rəqs qrupunun konserti olub

“Anadolu Atəşi” rəqs qrupunun konserti olub

İyunun 6-da Heydər Əliyev Sarayında "SA organization"ın təşkilatçılığı ilə Türkiyənin məşhur "Anadolu Atəşi" rəqs qrupu maraqlı konsert proqramı təqdim etmişdir. Rəqs qrupu "The Best of Anadolu Ateşi" adlı konsert proqramı ilə bu günədək göstərdiyi performansın ən möhtəşəmini bakılı tamaşaçıların qarşısında nümayiş etdirmişdir.

Çıxışlar tamaşaçıların alqışları ilə müşayiət olunmuşdur.

1999-cu ildə Mustafa Erdoğanın başçılığı ilə yaranan "Anadolu Atəşi"nin ilk adı "Rəqsin Sultanları" olmuşdur. Qrupun yaradılmasının məqsədi Şərqlə Qərbin mədəniyyətlərinin birləşməsi və sülh idi. 90 nəfər gənc rəqqasla fəaliyyətə başlayan qrup 2002-ci ildən dünya turuna başlamış, 93 ölkədə 3850 şou göstərmiş, 35 milyondan çox sənətsevər tərəfindən izlənilmişdir.

"Anadolu Atəşi" 2001-ci ildən bu günədək İsrail, Almaniya, Çin, Hollandiya, Ukrayna Belçika, İsveçrə, Yaponiya, Avstriya, Qətər, Liviya, Rusiya, Azərbaycan, Sibir, Rumıniya, Bosniya və Herseqovina, Dubay, Yeni Zelandiya, İtaliya, Slovakiya, Belarus, İngiltərə, Gürcüstan, Suriya, Sloveniya, Malayziya, Bəhreyn, Yunanıstan, İspaniya və digər ölkələrin səhnələrində çıxış etmiş, Anadolu mədəniyyətini dünyaya tanıtmışdır.

Ölkəmizdə dəfələrlə çıxış edən qrup bu dəfə Heydər Əliyev Sarayında 3 gün konsert verəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə