“Anadolu Atəşi” rəqs qrupu Bakıda möhtəşəm konsert verib FOTOLAR

“Anadolu Atəşi” rəqs qrupu Bakıda möhtəşəm konsert verib FOTOLAR

Bu gün Heydər Əliyev Sarayında "SA organization"ın təşkilatçılığı ilə Türkiyənin məşhur "Anadolu Atəşi" rəqs qrupu maraqlı konsert proqramı təqdim edib. SİA-nın məlumatına görə, rəqs qrupu "The Best of Anadolu Ateşi" adlı konsert proqramı ilə bu günədək göstərdiyi performansın ən möhtəşəmini bakılı tamaşaçıların qarşısında nümayiş etdirib. Çıxışlar konserti izləyənlər tərəfindən gurultulu alqışlarla müşayiət olunub.

1999-cu ildə Mustafa Erdoğanın başçılığı ilə yaranan "Anadolu Atəşi"nin ilk adı "Rəqsin Sultanları" olub. Qrupun yaradılmasının məqsədi Şərqlə Qərbin mədəniyyətlərinin birləşməsi və sülh idi. 90 nəfər gənc rəqqasla fəaliyyətə başlayan qrup 2002-ci ildən dünya turuna başlamış, 93 ölkədə 3850 şou göstərmiş, 35 milyondan çox sənətsevər tərəfindən izlənilib.

"Anadolu Atəşi" 2001-ci ildən bu günədək İsrail, Almaniya, Çin, Hollandiya, Ukrayna Belçika, İsveçrə, Yaponiya, Avstriya, Qətər, Liviya, Rusiya, Azərbaycan, Sibir, Rumıniya, Bosniya və Herseqovina, Dubay, Yeni Zelandiya, İtaliya, Slovakiya, Belarus, İngiltərə, Gürcüstan, Suriya, Sloveniya, Malayziya, Bəhreyn, Yunanıstan, İspaniya və digər ölkələrin səhnələrində çıxış etmiş, Anadolu mədəniyyətini dünyaya tanıdıb.

Ölkəmizdə dəfələrlə çıxış edən qrup bu dəfə Heydər Əliyev Sarayında 3 gün konsert verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə