Azərbaycanın biznes imkanları rusiyalı şirkətlərin diqqət mərkəzindədir
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu Rusiyanın biznes turizm təmsilçilərini ölkəmizin turizm potensialı və investisiya imkanları ilə tanış edəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Rusiyanın MİCE (biznesturizm) sektorunu təmsil edən 12 şirkət və korporativ müştərilər bu məqsədlə Azərbaycana dəvət olunub. Azərbaycan Konqreslər Bürosu və onun tərafdaşları Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Rusiya nümayəndəliyi tərəfindən dəvət olunan nümayəndə üzvlərini Azərbaycanın iclas və görüş məkanı kimi gözəl imkan və təcrübəsi ilə yaxından tanış etmək üçün xüsusi tədbirlər təşkil edib. Milli adət və ənənələrimiz, və eləcədə şəhərimizdə turistlər üçün yaradılan gözəl imkanları təqdim etmək məqsədilə təşkil olunan tədbirlərdə qonaqlar toy adət -ənənələrimiz, milli mətbəximizin ləziz təamlarından olan qutabın bişirilmə qaydası ilə tanış olacaq, həmçinin karvansarayda yerli musiqiçilərmizin ifasına qulaq asacaqlar. Bakı buxtasında təşkil olunan gəmi gəzintisi isə qonaqlara şəhərin ecazkar gözəlliyini görməyə imkan verəcək.
Qeyd edək ki, tədbir iştirakçılarının hərtərəfli məlumatlandırılması ölkəmizin turizm sahəsinə yeni sərmayəçilər cəlb etməyə və ölkəmizin biznes turizmi potensialını daha yaxşı tanıtmağa imkan yaradacaq. Azərbaycan Konqreslər Bürosu və onun tərafdaşları ev sahibi olaraq tədbirlərin təşkilində fəal iştirak edir və Azərbaycanın turizm mərkəzi kimi təşviqi üçün səylərini əsirgəmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB