Xalq artisti Habil Əliyevin səhhəti yenidən pisləşib. Bu barədə SİA-ya sənətkarın qızı Vəfa xanım məlumat verib: "Atam bir neçə gündür xəstəxanaya yerləşdirilmişdi. Atamın səhətinin birdən-birə bu cür ağırlaşmasına səbəb əmimin vəfatı olub. Hazırda Habil Əliyev ev şəraitində müalicəsini davam etdirir. Atamın səhhətindəki problem ağciyər, ürək damarla bağlıdır. Ümidimiz Allaha qalıb. Həkimlər əllərindən gələn hər şeyi ediblər. Onu da xüsusilə diqqətinizə çatdırım ki, dövlətimiz tərəfindən atama maddi və mənəvi baxımdan yardım olunur".
Qeyd edək ki, xalq artisti Habil Əliyevin mayın 28-də 87 yaşı tamam olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB