A.S.Puşkinin anadan olmasının 215-ci ildönümü qeyd edilib FOTOLAR
Bu gün Səbail rayonunda A.S.Puşkinin anadan olmasının 215-ci ildönümü qeyd edilib. SİA-nın məlumatına görə, tədbirdə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, Səbail Rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Xalidə Bayramova, Yazıçılar Birliyinin sədri Anar Rzayev, şairlər, mədəniyyət xadimləri, Azərbaycandakı rus icmasının nümayəndələri, media işçiləri və başqaları iştirak ediblər.
Dahi rus şairi Aleksandr Puşkinin anadan olmasının 215-ci ildönümü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və "Sodrujestvo" cəmiyyətinin birgə təşkilatşılığı ilə böyük rus şairinin abidəsi önüündə keçirilən bu mərasimdə şairin həyat və yaradıcılığından, öz əsərləri ilə dünya ədəbiyatında əbədi iz qoymasından söhbət açılıb.
İlk öncə şəhərimizin mərkəzində A.S.Puşkinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin iştirakı ilə 2001-ci ildə açılmış heykəli önünə tədbir iştirakçıları adından gül dəstələri və tər çiçəklər qoyulub.
Tədbirdə Yazıçılar Birliyinin sədri Anar Rzayev çıxış edərək ölməz şairin rus ədəbiyyatına zəngin töhfələr verdiyini söyləyib: "A.S.Puşkin təkcə rus xalqı tərəfindən deyil, dünyanın bütün xalqları tərəfindən sevilir. Onun çoxsaylı poemaları, şeirləri, nağılları bir çox xalqların dillərinə tərcümə olunub, yaradıcılığında rus xalqının arzuları, zəkası və yaradıcılıq qüdrəti öz parlaq ifadəsini tapıb".
Daha sonra tədbirdə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, Səbail Rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Xalidə Bayramova və başqaları çıxış edərək iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində A.S.Puşkinin rolunun əvəzsiz olduğunu bildiriblər. Diqqətə çatdırılıb ki, Bakıda, şairin adını daşıyan bu parkda A.S.Puşkinin doğum gününkeçirilməsi artıq ənənəyə çevrilib. Görüşdə ədibin rus dili, ədəbiyyatı və mədəniyyətinin formalaşması və inkişafında rolu, onun dünya ədəbiyyatında etdiyi töhfələr xüsusi vurğulanıb.
Qeyd edək ki, tədbirin sonunda Səbail rayon orta məktəblərinin şagirdləri tərəfindən ölməz şairin şeirləri Azərbaycan və rus dillərində səslənib, şagirdlər A.S.Puşkinin nağıllarından səhnəciklər göstəriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB